İran Prezidenti İbrahim Rəisi və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Rəisi bildirib ki, üçtərəfli atəşkəs bəyanatını imzalayan dövlətlərin onun müddəalarına sadiq qalması, qalan məsələlərin dialoq və diplomatik yolla həlli Qafqaz regionunda sülh və təhlükəsizliyin bərqərar olmasının ən yaxşı yoludur.
Paşinyan telefon danışığı zamanı İran Prezidentinə Qarabağdakı son qarşıdurmalar barədə məlumat verib.