İŞİD terror qruplaşmasının Suriya üzrə rəhbəri Əbu Salim əl-İraqi öldürülüb.
Modern.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.
Əməliyyat Suriya ordusu tərəfindən Dəraa şəhərində həyata keçirilib. Bildirilir ki, Əsəd qüvvələri ilə döyüşdə yaralanan əl-İraqi son anda özünü partladıb.