Bir neçə gündür media xalq artistləri İlhamə Quliyeva və Nazpəri Dostəliyeva arasında yaranan qalmaqaldan bəhs edir. Qalmaqal onunla sonuclandı ki, İlhamə Quliyeva “Nazpərini anamın ruhuna bağışlayıram" deyib əfv addımı atdı. Barışıq tərəflər arasındakı telefon danışığı zamanı əldə olunub və hətta İlhamə xanım Nazpəri Dostəliyevanı anası Tükəzban İsmayılovanın anım gününə də dəvət edib.
Xalq artistləri arasında barışıq əldə olunsa da, mətbuat məsələnin ardını diqqətlə izləməkdədir.
Modern.az saytının “Gündəm-Karikatura” rubrikasında təqdim etdiyi növbəti kollaj bu hadisəyə həsr olunub. Gündəmin olayını özündə əks etdirən kollajı sizlərə təqdim edirik.
A.Qorxmaz
***
Həmçinin oxu
Modern.az-da yeni RUBRİKA: “Gündəm-Karikatura”
//modern.az/articles/36177/1/
RUBRİKA: “Gündəm-Karikatura” - “Kişidi bu..”
//modern.az/articles/36205/1/
RUBRİKA: “Gündəm-Karikatura” - Bakıya gələn Ronaldo: “Uydad, necə xoşbəxtəm!..”
//modern.az/articles/36263/1/