Modern.az

Rusiyanın hərbçi itkiləri 43 minə ÇATDI

Rusiyanın hərbçi itkiləri 43 minə ÇATDI

Dünya

11 Avqust 2022, 09:57

Ukraynada müharibə başlayandan bu günədək Rusiya ordusunun 43 min hərbçisi məhv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, Rusiya ordusunun digər döyüş itkiləri 1846 tank, 4100 zirehli döyüş maşını, 974 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 134 hava hücumundan müdafiə sistemi, 232 təyyarə, 193 helikopter, 772 PUA, 185 qanadlı raket, 15 gəmi, 3018 avtomobil texnikası və avtosistern, 90 xüsusi texnikadan ibarətdir.

 

Qeyd edək ki, Rusiya qoşunları 2022-ci ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi