Modern.az

Sərhəddə əməliyyat: 192 nəfər saxlanıldı, aralarında terrorçular da var

Sərhəddə əməliyyat: 192 nəfər saxlanıldı, aralarında terrorçular da var

11 Avqust 2022, 13:00

Son 40 gün ərzində Türkiyənin Ədirnə, Hatay, Şanlıurfa və Mardin vilayətlərində qanunsuz yollarla ölkə sərhədini keçməyə cəhd göstərən 192 nəfər saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

 

Qeyd edilib ki, saxlanılan şəxslərdən 75-nin FETÖ, 28-nin PKK/KCK/YPG, 1-nin DHKP-C, 1-nin isə İŞİD terror təşkilatının üzvü olduğu müəyyən edilib. Onların arasında vəzifəsindən kənarlaşdırılan müəllimlər, mühəndislər, həkimlər, media mənsubu və hərbçilər də var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi