“Ərdoğana təcili ehtiyacımız var. Bizi yeni Çernobıldan ancaq Türkiyə Prezidenti xilas edə bilər”.
Modern.az xəbər verir ki, bunu “Moskovski Komsomolets” qəzetinin məşhur köşə yazarı Mixail Rostovski bildirib.
"Avropa Çernobıl miqyasında, hətta ondan da betər yeni nüvə fəlakəti ilə üz-üzədir. Bunlar nə jurnalist şişirtmələri, nə analitiklərin nəzəriyyələri, nə də psevdoekspertlərin uydurmalarıdır. Bu bir neçə müstəqil mənbənin məlumatıdır",- deyən rusiyalı jurnalist ölkəsini gözlənilən fəlakətdən yalnız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xilas edə biləcəyini vurğulayıb.