Modern.az

Rəsmi İrəvan: Yeni görüşlə bağlı razılıq yoxdur - YENİLƏNİB

Rəsmi İrəvan: Yeni görüşlə bağlı razılıq yoxdur - YENİLƏNİB

11 Avqust 2022, 14:34

Hazırda Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin yeni görüşü ilə bağlı razılıq yoxdur. 

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vaan Hunanyan bildirib.

 

"Biz Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı xüsusi nümayəndələrin vaxtında görüşləri barədə ictimaiyyəti məlumatlandırırıq. Hazırda belə razılaşma yoxdur", - Hunanyan deyib.

 

Qeyd edək ki, Türkiyə mediasının yaydığı məlumata görə, Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin növbəti görüşü sentyabr ayına planlaşdırılıb.

 

***

13:30

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesi davam edir.

 

Modern.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən verilən məlumata görə, normallaşma prosesi çərçivəsində Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında növbəti görüş keçiriləcək.

 

Sayca beşinci danışıqlar sentyabr ayında baş tutacaq.

 

Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara dialoqa başlamaq üçün öz diplomatlarını təyin ediblər. Bunlar Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıçdır. Onlar bu il yanvarın 14-də Moskvada və daha sonra üç dəfə Vyanada görüşüblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi