Modern.az

Rusiya məhv etdiyi Ukrayna hərbi texnikasının sayını elan etdi

Rusiya məhv etdiyi Ukrayna hərbi texnikasının sayını elan etdi

11 Avqust 2022, 14:09

İndiyə kimi Ukraynanın 800-ə yaxın reaktiv yaylım atəşi sistemi Rusiya hərbi qüvvələri tərəfindən məhv edilib.


Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyan edib.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib:

267 təyyarə, 146 helikopter, 1727 pilotsuz uçuş aparatı, 365 zenit-raket kompleksi, 4287 tank və digər zirehli döyüş texnikası, 797 raket sistemləri, 3290 səhra artilleriya qurğusu və minaatan, həmçinin 4820 ədəd xüsusi təyinatlı hərbi maşın”, - nazirliyin bəyanatında deyilir.

Müdafiə Nazirliyinin avqustun 11-də verdiyi məlumata görə, Rusiya qoşunları Donetsk bölgəsində iki Ukrayna briqadasının əsgərlərinin yarıdan çoxunu öldürüb.

"Müttəfiq qüvvələrin aktiv hücum döyüş əməliyyatları nəticəsində Ukrayna Silahlı Qüvvələrinin Artyomovski və Avdeyevski istiqamətləri üzrə 14-cü və 66-cı mexanikləşdirilmiş briqadalarının şəxsi heyətinin 50 faizindən çoxu məhv edilib. Həmin hərbi hissələrdə kütləvi fərarilik qeydə alınıb”, - nazirlikdən bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi