13 minə yaxın belaruslu fəal və ehtiyatda olan hərbçi Ukraynaya qarşı müharibədə iştirak etmək üçün müqavilə imzalayıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov bildirib.
Onun sözlərinə görə, Rusiya Belarusu genişmiqyaslı müharibəyə cəlb etməkdə davam edir: "Belaruslular üçün əsas motivasiya müharibədə iştiraka görə alacaqları maddi mükafatdır, çünki işğalçıların hərəkətlərində heç bir ideoloji əsas yoxdur və heç kim denazifikasiyaya inanmır".