Modern.az

İsveç axtarışda olan şəxsi Türkiyəyə verəcək

İsveç axtarışda olan şəxsi Türkiyəyə verəcək

11 Avqust 2022, 18:01

İsveç hökuməti dələduzluq ittihamı ilə axtarışda olan bir nəfəri Türkiyəyə təhvil vermək qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə İsveçin STV kanalı məlumat yayıb.

 

Bildirilir ki, Türkiyə tərəfindən qırmızı bülletenlə axtarılan 35 yaşlı şəxs Türkiyəyə ekstradisiya olunacaq.

 

Qeyd olunub ki, 2011-ci ildən İsveçdə yaşayan və bu müddət ərzində sığınacaq üçün müraciət edən şəxs dələduzluq ittihamı ilə Türkiyədə 14 il həbs cəzası alıb. Sözügedən şəxsin Türkiyəyə ekstradisiya edilməmək üçün xristianlığı qəbul etdiyi bildirilir.

 

Xatırladaq ki, iyun ayında Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmasına razılıq verib. Tərəflər arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən Türkiyə ekstradisiyasını tələb etdiyi bir sıra şəxslərin siyahısını İsveçə təqdim edib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi