Modern.az

Qərbdən Ukraynaya külli miqdarda silah yardımı 

Qərbdən Ukraynaya külli miqdarda silah yardımı 

11 Avqust 2022, 20:46

"Kopenhagen-Ukrayna-2022” adlı donor konfransında iştirak edən ölkələr Ukraynaya daha 1,5 milyard avro məbləğində hərbi yardım göstərəcəklərini vəd ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri Morten Bydskov bildirib. 

 

Yeni hərbi yardım paketinə pul köçürmələri, silahların tədarükü, minalardan təmizlənmə və hərbçilərin təlimi daxildir.

 

"Biz Ukraynaya hərbi ehtiyaclarında kömək etməyə davam edəcəyik", - deyə Bydskov bildirib.

 

Donor konfransında NATO ölkələri, Yaponiya, Finlandiya, Gürcüstan və digər dövlətlər iştirak edib. Polşa, Slovakiya və Çexiya Ukrayna üçün silah istehsalını genişləndirməyə hazır olduqlarını bəyan ediblər. Böyük Britaniya əlavə 300 milyon avro vəd edib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi