Belarus ərazisində, Ukraynadan 30 kilometr aralıda yerləşən hərbi bazalardan birində gecə saatlarında eşidilən partlayışların səbəbi açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ziabrovka hərbi hava limanı yaxınlığında gecə yarısından sonra səkkiz partlayış səsi eşidilib.
Bazada "texniki insident" baş verdiyi bildirilir. Nazirlik bir avtomobilin mühərriki dəyişdirildikdən sonra yandığını vurğulayıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Akif İsmayılov