Modern.az

Türkiyəli TIR sürücüsü Zaqatalada öldü 

Türkiyəli TIR sürücüsü Zaqatalada öldü 

Hadisə

11 Avqust 2022, 23:01

Zaqatalada “TIR” sürücüsünü maşın vurub öldürüb.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, yolda bir kişi minik avtomobili tərəfindən vurulub və ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

 

Hadisə zamanı ölən şəxsin “TIR” sürücüsü olduğu bildirilir. Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır. Ölən şəxsin Türkiyə vətəndaşı olduğu bildirilir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı