Rusiya hərbçiləri İranda pilotsuz uçuş aparatları (PUA) ilə bağlı təlim keçiblər.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel bildirib.
Təlim iki ölkə arasında imzalanan PUA müqaviləsi çərçivəsində baş tutub.
ABŞ rəsmiləri keçən ay bildirmişdilər ki, Vaşinqton İranın Rusiyaya bir neçə yüzə qədər PUA verməyə hazırlaşdığına inanır. Məlumata görə, Rusiya rəsmiləri hücum qabiliyyətinə malik PUA-lara baxmaq üçün İrana səfər ediblər.
Akif İsmayılov