Modern.az

Ruslar milyardlarla dolları ölkədən çıxarır

Ruslar milyardlarla dolları ölkədən çıxarır

12 Avqust 2022, 08:42

Cari ilin iyul ayında Rusiya vətəndaşları rekord məbləğdə xarici valyuta alıblar.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının Maliyyə Bazarları üzrə Risk İcmalında qeyd olunub.

 

Məlumata əsasən, uzun müddətdən sonra ilk dəfə olaraq fiziki şəxslər xarici valyutanın ən böyük alıcıları olublar. Belə ki, iyunda 176,1 milyard rubl, iyulda isə 237,1 milyard rubl dəyərində xarici valyuta alınıb.

 

Məlum olub ki, vətəndaşlar valyutanı banklar vasitəsilə alaraq xarici hesablara yönəldiblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi