Modern.az

Məşhur idmançıya ömürlük cəza verildi

Məşhur idmançıya ömürlük cəza verildi

Təhsil

12 Avqust 2022, 08:53

ABŞ Antidopinq Agentliyi (USADA) velosipedçi Cekson Neşi antidopinq qaydalarını pozduğuna görə ömürlük idmandan uzaqlaşdırıb.

 

Modern.az xəbər verir ki, 2021-ci ildə USADA Neşin 7 antidopinq qayda pozuntusunu, o cümlədən qadağan olunmuş maddələrin - testosteron, klenbuterol, oxandrolon və anastrozolun istifadəsini göstərən sübutlarla bağlı araşdırmaya başlayıb.

 

Məlum olub ki, Neş qadağan olunmuş maddələri satıb, həmçinin digər idmançıları onlardan istifadə etməyə razı salıb.

 

Neşin ömürlük qadağası 2022-ci il iyunun 30-dan, yəni ona cəzanın verildiyi gündən qüvvədədir. Bundan əlavə, 2021-ci il dekabrın 15-dən etibarən onun iştirak etdiyi yarışlarda nəticələri ləğv ediləcək.

 

Velosipedçi bu müddət ərzində qazandığı medalları və pul mükafatlarını qaytarmalı olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!