Modern.az

Dənizdə batan 3 nəfərin meyiti tapılıb

Dənizdə batan 3 nəfərin meyiti tapılıb

13 Avqust 2022, 11:14

FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin qurumları tərəfindən ötən sutka ərzində 81 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

Modern.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib, dənizdə nəzarətsiz ərazidə batmış 3 nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama