Modern.az

Dənizdə yenə batan var - YENİLƏNİB

Dənizdə yenə batan var - YENİLƏNİB

Hadisə

13 Avqust 2022, 14:05

Dənizdə ("Zuğulba 3" sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb.

 

Modern.az FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

***

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda, dənizdə (nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Modern.az-a bildirilib ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı