Bu gün futbol üzrə 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamız Portuqaliya yığması ilə qarşılaşıb. Modern.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə millimiz güclü rəqibi qarşısında tab gətirə bilməyib. Berti Foqstın yetirmələri qarşılaşmaya qələbə əzmi ilə başlasalarda komandamız portuqallara 2:0 hesabı ilə məğlub olub.
Qolları Portuqaloya yığmasının heyətində 63 və 79-cu dəqiqələrdə Brunu Alveş və Uqu Almeyda vurublar.
Modern.az