Modern.az

Coşqun Sabah Brilliantın qonağı oldu

Coşqun Sabah Brilliantın qonağı oldu

27 Mart 2013, 09:39

Brilliant Dadaşovanın Türkiyənin TMB telekanalında yayımlanan “Brilliantla Pırlantalı gecələr” verilişinin bu həftəki qonağı qardaş ölkənin sevilən müğənnisi, “Ağlama sevda”, “Aşiqəm sənə”, “Xəbərin varmı”, “Anılar” kimi məhşur mahnıları ilə 1980-1990-cı illərdə Türkiyə qədər Azərbaycanda da sevilərək dinlənilən Coşqun Sabah idi. 

Verilişdə yaradıcılığından söhbət açan müğənni bildirdi ki, 33 ildir ki, səhnədədir. Peşəkar musiqiçi ilk adımını ud ifaçısı kimi atıb, sonrakı illərdə məhşur bəstələri və yadda qalan ifası ilə tanınıb.

O, Azərbaycan musiqisinə vurğunluğunu və bu məktəbin  nümunəvi əhəmiyyət daşıdığını bütün veriliş boyu ifadə etdi. Təəsüüflə qeyd etdi ki, Türkiyədə səviyyəli musiqi artıq yoxdu.

“Bu mövzuda bir necə dəfə çıxış etmişəm. Bu mənim ağrılı yerimdi. Veriliş açıb gənclərə bildiklərimi efirdən öyrətməyə çalışdım. Amma istəmədilər. Bizdə ən savadsız musiqiçi peşəkarla eyni səviyyədə tutulur. Bu müqayisəni musiqini bilməyən şou xəbər dalınca qaçanlar  edirlər” – deyən Coşqun Sabah pedoqoji fəaliyyətlə məşğul olmaq, konservatoriyada dərs demək üçün vaxtının olmadığını təəssüflə qeyd etdi.

Brilliant xanım qonağının bir müddət əvvəl baş verən olayından  söhbət açdı. C.Sabah bildirdi ki, canlı verilişlərin birində aparıcı sosial şəbəkənin xəbərlərini oxuyan zaman, yanındakı qonağın qulağına səslənib.

“Əslində, mən pis bir şey söyləmədim. Dedim ki, Hulya Avşarın hər addımı olay olur. Ajda Pekkan 66 yaşında ulduzdur, o bir konsertindən ən çox pul qazanan sənətçidir. Amma filankəsin addımı olay olmur. Mən bu qənaətdəyəm ki, məntiqli fikirlər söyləmişəm. Amma media bunu bir az şoulaşdırdı”.

Brilliant xanım verilişdə facebook dostları haqqında da danışdı. Canlı efirin görüntülərini isti-isti qonağı ilə izləyən sənətçi, C.Sabahın əski fotolarını paylaşan dostlarına xüsusi təşəkkürünü bildirdi.

Verlişin irəliləyən dəqiqələrində hər iki peşəkar musiqiçi “Salam gətirmişəm” adlı mahnımızı birlikdə canlı oxudular. Coşqun Sabah ən gözəl nəğmələrini xalq artistimizin istəyi ilə canlı səsləndirdi.

B.Dadaşova qonağının yaxın vaxtlarda Azərbaycana dəvət olunacağını xəbərini xüsusi olaraq tamaşaçıların diqqətinə catdırdı.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu