Modern.az

Bayram günləri 37 nəfər yol qəzasında ölüb – Şok STATİSTİKA

Bayram günləri 37 nəfər yol qəzasında ölüb – Şok STATİSTİKA

27 Mart 2013, 10:33

Bayram günlərində respublika ərazisində baş verən yol qəzalarının statistikası açıqlanıb. Bu il ötən ilin Novruz bayramına nisbətən yol qəzalarında ölənlərin sayı artıb. Daxili İşlər nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Modern.az-a verilən məlumata görə, bayram günləri-martın 20-dən 27-dək respublikanın avtomobil yollarında 100-ə yaxın yol qəzası qeydə alınıb. Bu qəzalar nəticədə 37 nəfər ölüb, 144 nəfər isə xəsarət alıb. Onu da qeyd edək ki, ən çox qəzalar Bakı-Qazax magistral yolunda baş verib.

Xatərladaq ki, 2012-ci ilin Novruz bayramı günlərində respublikada baş verən 68 yol qəzasında 17 nəfər ölüb, 73 nəfər xəsarət alıb.

Anar Kəlbiyev  

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu