Ukrayna Slovakiyanın əvvəllər tədarükünü vəd etdiyi ilk dörd ədəd “Zuzana” özüyeriyən artilleriya qurğusunu alıb.
Modern.az xəbər verir ki, 4 artilleriya qurğusu artıq Ukrayna hərbçilərinin sərəncamındadır.
“Onlar istifadə olunmağa və Rusiya təcavüzkarlarından qorunmağa hazırdırlar”, – Ukrayna Müdafiə Nazirliyindən bildirilib.