Modern.az

Sınaq imtahanlarına yazılış başladı

Sınaq imtahanlarına yazılış başladı

27 Mart 2013, 11:36

TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aprel ayının 7-də keçiriləcək sınaq imtahanlarına yazılış 28 mart saat 9:00-dan etibarən  başlanacaq.  

Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən şəxslər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq. Balansdan 3 manat 54 qəpik məbləğ çıxılacaq.

Virtual ödəmə kartlarını həmçinin Goldenpay, Azericard və Netmoney  kartları vasitəsilə  on-line ödəmə etməklə əldə edə bilərlər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu