Modern.az

Səudiyyə neft şirkəti gəlirlərini 90% artırıb 

Səudiyyə neft şirkəti gəlirlərini 90% artırıb 

14 Avqust 2022, 23:45

Səudiyyə Ərəbistanının "Aramco" dövlət neft şirkəti 2022-ci ilin ikinci rübündə 48,4 milyard dollar mənfəət əldə edib.

 

Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

 

Ötən ilin eyni dövründə 25,5 milyard dollar mənfəət əldə etdiyini açıqlayan şirkət bununla da gəlirlərini 90 faiz artırıb.

 

Bu qədər artımın ən böyük səbəbi Rusiyanın Ukraynaya müdaxiləsi ilə neft və qazın qiymətinin artması olub.

 

Rusiya dünyanın ən böyük enerji ixracatçılarından biridir. Qərb ölkələri enerji ehtiyaclarında Moskvadan asılılığı azaldacaqlarını bildiriblər.

 

Dünyanın ən böyük neft istehsalçıları, o cümlədən "ExxonMobil", BP və "Chevron" əmtəə qiymətlərinin artması fonunda bu dövrdə rekord mənfəət əldə ediblər.

 

ABŞ prezidenti Co Bayden iyun ayında "Exxon" şirkətinin bu il daha çox pul qazandığını bildirib.

 

Akif İsmayılov.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi