Modern.az

Eynulla Fətullayev: “Facebook-umu bağlaya, jurnalistikadan gedə bilərəm”

Eynulla Fətullayev: “Facebook-umu bağlaya, jurnalistikadan gedə bilərəm”

15 Avqust 2022, 10:07

“Haqqın.az” saytının rəhbəri, tanınmış jurnalist Eynulla Fətullayev deputat Sevinc Fətəliyevanın müfadiəsinə qalxıb.

Modern.az-ın məlumatına görə, E.Fətullayev deyib ki, deputata qarşı Facebook sosial şəbəkəsində aparılan kampaniyanın günahkarları tapılıb cəzalandırılmasa, jurnalistikadan gedə bilər.

“Hüquq-mühafizə orqanları deputat Sevinc Fətəliyevaya qarşı baş vermiş cinayətin üstünü açmasalar Facebook profilimi bağlayacam... Hətta jurnalistikadan getmək haqqında da düşünəcəm. Çünki üstümüzə böyük mənəvi terror gəlir... Gözləyək görək…”, - deyə E.Fətullayev yazıb.


Xatırladaq ki, bir neçə gündür Facebook-da deputat Sevinc Fətəliyevanın adından diqqəgtçəkən bir sitat paylaşılır. Sitatda deyilir: "Bəzən sosial şəbəkələrdə deputatlara qarşı elə fikirlər səslənir ki, utandığımdan 2-3 gün evə getməyib oteldə qalıram".

Sevinc Fətəliyeva sosial şəbəkələrdə onun adından yayılan fikirləri təkzib edərək, belə bir ifadə səsləndirmədiyini bildirib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu