Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, martın 28-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, səhər və axşam ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Gecəyə doğru havanın tutulacağı, yarımadanın bəzi yerlərində çiskinli olma ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-8, gündüz 11-16 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Axşam Böyük Qafqazın bəzi yerlərində az yağıntı olma ehtimalı var. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9, bəzi yerlərdə 12 dərəcəyədək isti olacaq.
Modern.az