Modern.az

ABŞ-ın Nyu Cersi ştatı 31 mart soyqırımını tanıdı

ABŞ-ın Nyu Cersi ştatı 31 mart soyqırımını tanıdı

27 Mart 2013, 12:46

Amerika Birləşmiş Ştatlarının Nyu Cersi ştatının Əyalət Məclisi 1918-ci il soyqırımı tanıyıb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ-dakı Azəri-Türk Cəmiyyəti Pax Turcica quruluşu vasitəçiliyi ilə apardığı tədqiqatlar nəticəsində Nyu Cersi Əyalət məclisi 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırım törətdiklərini və 31 martın Nyu Cersidə “Azərilərin anma günü” kimi qeyd olunmasını qərara alıb.  Qərar sənədi Əyalət Məclisinin üzvü və Demokratik Partiya Əksəriyyət lideri Tomas P.Giblin tərəfindən Amerika Azərbaycan Cəmiyyətinin rəhbəri Tomris Azəriyə təqdim edilib.

Tomris Azəri məsələ ilə bağlı verdiyi açıqlamada 31 mart soyqırımını Xocalı faciəsindən daha böyük bir etnik təmizləmə kimin qiymətləndirib. O, bildirib ki, həmin soyqırımda 20 mindən çox müsəlman vəhşicəsinə qətlə yetirilib. Bəyanatda qeyd edilib ki, 20 mindən çox azərbaycanlının həyatını itirməsi ilə nəticələnən hadisələrin insanlığın ən çox qınanılası vəhşətlərindən biridir.  

Xatırladaq ki,  31 martın soyqırım günü kimi qəbul olunması qərarı ilk dəfə 2012-ci ildə Nyu York Əyalət Məclisində qərara alınıb. Nyu Yorkdan sonra bu qərarı Nyu Cersi qəbul edib. Qeyd edək ki, eyni qərarı alan bu iki əyalət Kaliforniyadan sonra ermənilərin daha sıx məskunlaşdığı yerlər olması ilə diqqət çəkir.

Gültəkin   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu