“Artıq Mingəçevir və Masazırda məcburi köçkünlər üçün salınan şəhərciklər istifadəyə tam hazırdır”. Bu sözləri Modern.az saytına açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib. O qeyd edib ki, həmin qəsəbələrdə tikinti işləri başa çatıb.
“Qəsəbələr tam hazırdır və inşallah yaxın zamanlarda onların açılışı gözlənilir. Açılışdan sonra isə məcburi köçkünlərin köçürülməsi prosesi başlanılacaq”.
Qeyd edək ki, Abşeron rayonu Masazır qəsəbəsində 760 ailənin yaşağacağı 13 ədəd 5 mərtəbəli bina, Mingəçevirdə isə 502 ailə üçün 10 ədəd 9 mərtəbəli bina tikilib.
Aytən ƏLİYEVA