Modern.az

Azərbaycan Ordusunun zabiti başından yaralandı

 Azərbaycan Ordusunun zabiti başından yaralandı

27 Mart 2013, 15:07

Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində, Gədəbəy rayonu istiqamətində martın 26-da atəşkəsin pozulması nəticəsində daha bir Azərbaycan hərbçisinin yaralandığı məlum olub.

Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində, Gədəbəy rayonu istiqamətində martın 26-da atəşkəsin pozulması nəticəsində daha bir Azərbaycan hərbçisinin yaralandığı məlum olub. APA-nın xəbərinə görə, mayor Əsgərov Ceyhun Malik oğlunun başından yaralandığı bildirilir.

 Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu faktı təsdiqləyib. Zabitin vəziyyəti normal qiymətləndirilir.

 Qeyd edək ki, martın 26-da cəbhənin Gədəbəy istiqamətində atışma nəticəsində ermənilər itki verərək geri çəkiliblər, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Mehman Sadıqov isə düşmən gülləsinə tuş gələrək şəhid olub. 

Atışma nəticəsində Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Fariz Abdullayev də yaralanıb. Güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu