Modern.az

Novxanıda “Niva” mikroavtobusla toqquşdu

Novxanıda “Niva” mikroavtobusla toqquşdu

Hadisə

16 Avqust 2022, 22:36

Abşeronda yol qəzası baş verib.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Nazirliyin "112" qaynar telefon xəttinə Novxanı kəndində “Niva” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobusun toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

 

Hadisə yerinə cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə 1 nəfəri deformasiyaya uğrayan “Niva” markalı nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım