Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, deputatlar Rasim Musabəyov və Ceyhun Osmanlı “Azərbaycan 2020. Gənclərin baxışı” adlı forumda iştirak etmək üçün martın 26-dan İtaliyanın paytaxtı Roma şəhərində səfərdədirlər.
Tədbirdə “Baxış 2020: Azərbaycan üçün yeni brendlər və yeni trendlər”, “Ənənəvi və ictimai diplomatiya”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi, danışıqlar prosesinin gerçəklikləri, hazırki vəziyyət və perspektivlər” mövzuları ətrafında müzakirələr aparılacaq.
Deputatlar mövzularla bağlı fikirlərini bölüşəcək, təkliflərini verəcəklər.
Səfər martın 30-da başa çatacaq.
Anar