Modern.az

İran səfirliyi ermənilərin “Talışıstan” radiosu ilə bağlı AÇIQLAMA verdi

İran səfirliyi ermənilərin “Talışıstan” radiosu ilə bağlı AÇIQLAMA verdi

27 Mart 2013, 17:13

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidməti İranın ermənilərin Şuşadan yayımladıqları “Talışıstan” adlı radio ilə əlaqəsi olduğuna dair xəbərləri təkzib edib. Bununla bağlı səfirlikdən Modern.az-a verilən açıqlamada bildirilib: “İran İslam Respublikası Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır və Azərbaycanın müstəqilliyinə xələl gətirə biləcək fəaliyyətlərə qarşıdır”.

Səfirliyin mətbuat xidməti daha sonra əlavə edib: “İrana qarşı olan bəzi İran vətəndaşları da dünyanın bir çox KİV-lərində fəaliyyət göstərməkdədir və belə şəxslərin “Talışıstan” adlı radioda da olması onların İranla əlaqədar olduğu anlamına gələ bilməz”.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu