Modern.az

DSX-nin yeni general-leytenantları - Onlar kimdir?

DSX-nin yeni general-leytenantları - Onlar kimdir?

Aktual

17 Avqust 2022, 17:58

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib. Sərəncama əsasən, Rəsul Tağıyev, Müzəffər Pirizadə və Elçin İbrahimov general-leytenant rütbəsinə layiq görülüblər.

 

Modern.az xəbər verir ki, Rəsul Tağıyev 44 günlük Vətən müharibəsində Cəbrayıl və Zəngilan istiqamətlərində döyüşlərdə iştirak edib. O, Vətən müharibəsinin komandanlarından biri olub. “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

Müzəffər Pirizadə 2019-cu ildə “Qazax” əlahiddə sərhəd diviziyasının komandiri təyin edilib. O, daha sonra DSX Sahil Mühafizəsinin rəisi vəzifəsinə təyinat alıb.

 

Elçin İbrahimov isə DSX Aparatının rəhbəridir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi