Modern.az

“Qarabağ” - “Viktoriya” oyunu qolsuz bitdi - YENİLƏNİB

“Qarabağ” - “Viktoriya” oyunu qolsuz bitdi - YENİLƏNİB

17 Avqust 2022, 22:35

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika stadionunda Çexiyanın “Viktoriya Plzen” komandası ilə qarşılaşıb.

 

Modern.az xəbər verir ki, görüşü sloveniyalı baş hakim Slavko Vinçiç idarə edib.

 

Matçın ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, qapılara qol vurulmayıb. Komandalar fasiləyə yollanıblar.

 

İkinci hissədə də hesab açılmayıb. Beləliklə, ilk görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

 

Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq. Həmin matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

***

Bakıda UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandalarının start heyətləri açıqlanıb.

 

Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq.

 

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77 Ramil Şeydayev

 

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 7. Riçard Almeyda, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev

 

Baş məşqçi: Qurban Qurbanov

 

"Viktoriya": 36. Yindrjix Stanek, 2. Lukaş Heyda, 4. Ludek Pernitsa, 7. Yan Sikora, 10. Yan Kopits, 15. Tomaş Xori, 18. Con Moskera, 20. Pavel Buxa, 21. Vatslav Yemelka, 23. Lukaş Kalvax, 24. Milan Havel

 

Ehtiyat oyunçular: 13. Marian Tvrdon, 16. Martin Yedliçka, 3. Məhəmməd Tijani, 6. Vatslav Pilarj, 9. Yan Kliment, 22. Kadu, 25. Aleş Çermak, 26. Filip Çihak, 33. Rene Dediç 44. Libor Holik, 77. Erik Yirka, 99. Modu N Diay

 

Baş məşqçi: Mixal Bilek

 

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ