Modern.az

Qazaxda sex, Ağstafada 4 otaqlı ev yandı

Qazaxda sex, Ağstafada 4 otaqlı ev yandı

Aktual

18 Avqust 2022, 08:15

Qazax şəhərində ümumi sahəsi 1500 m² olan (fəaliyyət göstərməyən) ikimərtəbəli sexin dam örtüyünün taxta atmaları 500 m² sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildirilib ki, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Ağstafa rayonunun Qırılı kəndində ümumi sahəsi 170 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 140 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?