Modern.az

Qalmaqallı prezident yutuberlə dalaşdı

Qalmaqallı prezident yutuberlə dalaşdı

Dünya

19 Avqust 2022, 15:48

Braziliyada Wilker Leao adlı tanınmış yutuber dövlət başçısı Jair Bolsonaru lentə almağa çalışarkən təzyiqə məruz qalıb. 

 

Modern.az xəbər verir ki, Bolsonaru onu qorxaq adlandıran yutuberin köynəyindən dartaraq, qolundan tutmağa çalışıb. Nəticədə tərəflər arasında dava düşüb.

 

Daha sonra Bolsonarunun mühafizəçiləri Leaonu kənara çəkərək, davanın qarşısını alıblar.

 

Kadrlarda prezidentin yutuberin mobil telefonun əlindən almağa çalışdığı görüntülənib. Prezidentlə gənc fenomen arasında yaşanan hadisə sosial şəbəkələrdə ciddi müzakirələrə yol açıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza