Modern.az

Ərdoğan qəzada ölənlərin ailələrinə başsağlığı verdi 

Ərdoğan qəzada ölənlərin ailələrinə başsağlığı verdi 

21 Avqust 2022, 09:14

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mardində baş vermiş qəzada ölənlərin ailələrinə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, Türkiyə Prezidentinin başsağlığı mesajında deyilir: 

 

“Qaziantepdən sonra təəssüf ki, Mardinin Derik rayonundan qəza xəbəri aldıq. Ürəyimizi yandıran qəzada həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılara şəfalar diləyirəm”.

 

Qeyd edək ki, dünən Mardində əyləci sıradan çıxmış yük maşını insanların üstündən keçib. Nəticədə 20 nəfər həyatını itirib, 26 nəfər yaralanıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu