Modern.az

Rəsul Quliyevin adamları Eldar Namazovun yanına keçdi

Rəsul Quliyevin adamları Eldar Namazovun yanına keçdi

28 Mart 2013, 17:20


Açıq Cəmiyyət Partiyası Ali Məclisinin sədr müavini, idarə heyyətinin üzvü Feyruz Quliyev və  həmin qurumun Ali Məclisi və idarə heyyətinin üzvü  Oqtay Mirzəyev  partiyadan istefa verərək, "El" hərəkatına  qoşulublar. Bu haqda Modern.az-a "El" hərəkatının mətbuat xidmətindən məlumat verilib.

Feyruz Quliyev Respublika Vəkillər Kollegiyasının üzvü, Rusiya  Akademiyasının professoru,hüquq elmləri doktoru,Beynəlxalq Hüquqşünaslar Assosasiyyasi Rəyasət Heyətinin üzvüdür.

Oqtay Mirzəyev uzun müddət elmi tədqiqatlara rəhbərlik etmişdir və kimya elmləri namizədidir.

Açıq Cəmiyyət Partiyası sədrinin sabiq müavini, Ali Şurasınin və idarə heyətinin keçmiş  üzvü olan Nizami Məmmədov da "El" hərəkatinin sıralarına qoşulub

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu