Modern.az

Bakıda ağır yol qəzası: 6 maşın toqquşdu

Bakıda ağır yol qəzası: 6 maşın toqquşdu

Hadisə

23 Avqust 2022, 00:05

Bakının Xətai rayonunda ağır yol qəzası baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

 

Belə ki, “Chevrolet” markalı maşını idarə edən sürücü yüksək sürətlə nəqliyyat vasitəsini işıq dirəyinə çırpıb. Daha sonra idarəetmədən çıxan maşın əks yolda “Renault” markalı avtomobilə, o cümlədən “Toyota”-ya çırpılaraq dayanıb.

 

Bundan sonra həmin yolda hərəkətdə olan “Mercedes”, “KIA” və “VAZ” markalı avtomobillər qəzaya uğramış nəqliyyat vasitələrinə çırpılıb.

 

Baş vermiş yol qəzası zamanı 4 nəfər xəsarət alıb. Əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

 

Yaralılar xəstəxanaya çatdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər