Azərbaycanda tibbi maska istehsalı kəskin azalıb.
Bu barədə Modern.az-a açıqlamasında Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva bildirib. Onun sözlərinə görə, koronavirusun geniş yayıldığı dövrlə müqayisədə hazırda istehsal təxminən 10 dəfə azalıb.
Belə ki, bir-iki il öncə gündəlik istehsal 500-600 min olduğu halda, hazırda bu rəqəmlər 50-60 min təşkil edir.
“Gündə 600 min maska istehsal edə bilərik. Ancaq məhsulun satışında problem var. Bu səbəbdən indi gündəlik 50-60 min maska istehsal edirik”, - fabrik rəhbəri vurğulayıb.
S.Babayeva onu da qeyd edib ki, müəssisənin hazır 5 milyon tibbi maska, 10 milyon xammal ehtiyatı mövcuddur.