Modern.az

Azərbaycanda daha bir avtoritet tutulub

Azərbaycanda daha bir avtoritet tutulub

28 Mart 2013, 18:37

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nazirliyə daxil olmuş əməliyyat məlumatı əsasında Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, cinayətkar aləmdə "Qoçu" ləqəbi ilə tanınan Qoca Quliyev martın 28-də saxlanılıb.

Üzərinə baxış zamanı ondan sandıqçasında 5 ədəd patronu olan "TT" markalı tapança aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu