Modern.az

Çavuşoğlu ermənilərin Laçını yandırmasından DANIŞDI

Çavuşoğlu ermənilərin Laçını yandırmasından DANIŞDI

23 Avqust 2022, 12:01

"Üçtərəfli bəyannaməyə əsasən Rusiya sülhməramlıları gələndən sonra Ermənistan əsgərləri Qarabağdan çıxmalı idi. Amma iki il keçməsinə baxmayaraq, hələ də Qarabağda separatçı qüvvələr var".

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib.

 

"Eyni zamanda orada (Qarabağda- red) sivil əhali də var. Amma onlar hər yeri dağıdırlar. Təəssüf ki, ətrafa zərər vuraraq çıxırlar, Laçını yandırırlar. Azərbaycanın buna qarşı haqlı etirazı oldu. Amma Ermənistan dərs çıxarmır. Bizimlə əlaqələrin normallaşmasını istəyirlərsə, Azərbaycanın istədiklərini etməlidirlər. Azərbaycan deyir ki, vətəndaşlığımızı qəbul edən ermənilər Qarabağda yaşaya bilərlər. Bundan artıq Azərbaycan daha nə etsin?", - Türkiyə XİN başçısı vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi