Modern.az

Duqinin qızı dəfn edildi

Duqinin qızı dəfn edildi

Dünya

23 Avqust 2022, 19:35

Rusiyalı məşhur politoloq və filosof Aleksandr Duqinin qətlə yetirilən qızı Darya Duqina dəfn edilib.

 

Modern.az xəbər verir ki, dəfn Moskva vilayətində qapalı keçirilib. 

 

Mərasimdə yalnız Duqinanın yaxınları iştirak edib. Qəbiristanlığın ərazisi kənar şəxslər üçün bağlı olub. Dəfn mərasimində Rusiyanın dövlət nümayəndələri, deputatlar və media nümayəndələri iştirak ediblər.

 

Xatırladaq ki, avqustun 21-də Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı Darya Duqina həlak olub. Hadisə Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində baş verib. Avtomobilə quraşdırılan bombanın işə düşməsi 30 yaşlı Duqinanın həyatına son qoyub. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza