Modern.az

MAQATE yaxın günlərdə Zaporojyeyə nümayəndə göndərəcək 

MAQATE yaxın günlərdə Zaporojyeyə nümayəndə göndərəcək 

Dünya

23 Avqust 2022, 23:50

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) mütəxəssisləri yaxın vaxtlarda Rusiyanın işğalı altında olan Zaporojye atom elektrik stansiyasına baş çəkə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib. Təşkilatın baş direktoru Rafael Mariano Qrossi tərəflərlə aktiv danışıqlar aparıldığını bildirib 

 

O, Zaporojye atom elektrik stansiyasına baş çəkməyin mümkünlüyünü istisna etməyib.

 

Qeyd edək ki, atom elektrik stansiyasına ard-arda zərbələr endirilib. Rusiya və Ukrayna zərbələrə görə bir-birini ittiham edir.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza