
Bakı-Quba yolundakı, Sumqayıt - H.Z. Tağıyev qəsəbəsi yolunun 7-ci kilometrində yerləşən körpü avtomobillərin hərəkəti üçün açıqdır.
Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin
Modern.az-a verdiyi məlumata görə, hazırda körpüdə hər iki istiqamətdə hərəkət var. ASC rəsmisi bildirib ki, hazırda mütəxəssislər körpünü yoxlayırlar və bir-iki saata körpünün vəziyyəti aydınlaşacaq:
“Sakinlər deyirlər ki, körpü qəzalı vəziyyətdə olub. Amma belə bir şey olsaydı biz körpünü bağlayardıq. Hazırda hadisə yerində olan mütəxəssislərimiz də bunu araşdırırlar”.
Qeyd edək ki, Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi yolunun 7-ci kilometrində yerləşən körpünün qəzalı vəziyyətə düşməsi xəbəri yayılandan sonra bu gün səhər orada nəqliyyatın hərəkəti bir neçə saatlığa dayandırılmışdı.
Gültəkin Ələsgər