Modern.az

200-ə yaxın köçkün ailəsi Müşfiqabad qəsəbəsinə köçürülüb

200-ə yaxın köçkün ailəsi Müşfiqabad qəsəbəsinə köçürülüb

Təhsil

29 Mart 2013, 11:08


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Modern.az saytına açıqlamasında bildirib ki, bu günə kimi Bakı Dövlət Universitetinin yataqxanalarından 200-ə qədər məcburi köçkün ailəsi çıxarılıb. Onlar Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində salınan yeni şəhərciyə köçürülüb.

E.Qədimov köçürülmə prosesinin davam etdiyini qeyd edib. “Köçürülmənin nə vaxt başa çatacağı bilinmir. Hər şey qaydasında davam edir. Şagirdlərin də təhsili bərpa olunub. Heç bir problem yoxdur”.

Qeyd edək ki, Qaradağ rayon Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün 1440 ailəlik yeni məhəllə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Dövlət Neft Fondundan ayrılan 127,5 milyon manat hesabına inşa olunub. Ötən ilin dekabrında rəsmi açılış zamanı prezident İlham Əliyev burada tikilən binalarla, o cümlədən, 1300 şagird yerlik Ağdam rayon 33 nömrəli tam orta məktəb və 140 yerlik uşaq bağçası ilə tanış olub.
Yeni məhəlləyə 1400 ailə və ya 5 min 756 məcburi köçkün köçürüləcək. Məcburi köçkün ailələrdən 320-si Ağdam, 570-i Cəbrayıl, 290-ı Füzuli, 100-ü Zəngilan, 160-ı isə işğal olunan digər rayonlardandır. Məhəllənin ərazisi 22 hektardır. Buradakı 1440 mənzildən 211-i birotaqlı, 659-u ikiotaqlı, 429-u üçotaqlı, 141-i isə dördotaqlıdır. 

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu