Modern.az

Tehran şokdadı: Birləşmiş Ərəb Əmirliyi İrana qarşı ərazi iddiası irəli sürüb- ƏKS-SƏDA

Tehran şokdadı: Birləşmiş Ərəb Əmirliyi İrana qarşı ərazi iddiası irəli sürüb- ƏKS-SƏDA

29 Mart 2013, 11:25

Birləşmiş Ərəb Əmirliyi İranın Fars körfəzində İrana məxsus 3 adaya qarşı ərazi iddiası irəli sürüb. Modern.az bildirir ki, Ərəb Liqası da bu iddanı dəstəkləyib. İran bu iddanı rədd edib.

Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Ərəb Liqasını İranın üç adası barədə səsləndirdiyi fikrə görə ciddi etiranı bildirib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Ramin Mehmanpərəst bu barədə deyib: “Əbu Musa, Böyük və Kiçik Tunb adaları İranın ayrılmaz hissəsidir. Adalar tarixən İranın tərkib hissəsi olub. Bunu sübut edəsi saysız tarixi sənəd var. Ancaq BƏƏ adalarla bağlı iddialar irəli sürür”.

Adalar 1800-cü illərdə Britaniyanın idarəçiliyinə keçib, 1971-ci ildə BƏƏ-nin yaradılmasından əvvəl qanuni prosedura ilə İrana verilib.

Peykər İbraahimova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu