Modern.az

Bakı Metropoliteni “İnşaatçılar”da yaranan problemin səbəbini açıqladı

Bakı Metropoliteni “İnşaatçılar”da yaranan problemin səbəbini açıqladı

29 Mart 2013, 11:31

Bakı Metropoliteni  bu gün səhər saatlarında  metronun “İnşaatçılar” stansiyasında yaranan problemlərə aydınlıq gətirib.

Metropolitenin baş mühəndisi Fuad Tağızadənin Modern.az-a açıqlamasında bildirib ki, hazırda xəttə buraxılan yeni qatarda yaranan problem araşdırılır.

Metropoliten rəsminin sözlərinə görə, stansiyalarda hərəkət bərpa olub:

“Xəttə buraxılan yeni qatar ayın 20-dən heç bir problem olmadan işləyib. Amma bu gün nədənsə xəttə problem yaranıb. Yeni qatar gərginliyi qəbul edə bilməyib. Problem yaranan qatardan sərnişinləri boşaldılıb, qatara köməkçi qatar qoşularaq  tuneldən çıxarılıb və depoya aparılıb. Hazırda depoda qatarda yaranan problemin səbəbləri araşdırılır”.

Bakı metropoliteninə beş vaqondan ibarət bir yeni qatar gətirildiyini deyən Metropoliten rəsmisinin sözlərinə görə, qatarın sınaq müddəti iyun ayında bitir:

“ Yeni qatar qoyulan sınaq müddətində metropoliten şəraitinə uyğunlaşmalıdır. Sınaq dövründə hər hansı problem yaranırsa həmin problemlər aradan qaldırılır. Nəticələr araşdırılır, jurnalda qeyd olunur. Hərdən belə problemlər olur. Sınaq dövrü iyunda başa çatır. Hazırda qatarda yaranan problemlər araşdırılır. Qtarların hərəkəti bərpa olunub”.  

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu