Modern.az

Firəngiz Rəhimbəyovanın dəfn yeri məlum olub

Firəngiz Rəhimbəyovanın dəfn yeri məlum olub

25 Avqust 2022, 10:46

Avqustun 15-də ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində ürəktutmadan vəfat edən azərbaycanlı müğənni-aktrisa Firəngiz Rəhimbəyovanın dəfn ediləcəyi yer məlum olub.


Modern.az xəbər verir ki, “Qafqazinfo”nun məlumata görə, sənətçi Kaliforniyanın “Valley Oaks Memorial Park” məzarlığında dəfn ediləcək.
 

Dəfn mərasimi sentyabrın 6-da yerli vaxtla saat 11:00-12:00-da keçiriləcək.
 

Qeyd edək ki, bu məzarlıqda məşhur iranlı musiqiçi Şəhram Kaşani, amerikalı aktrisa Celeste Yarnall, aktyor-prodüser Vilyam Fips və s. tanınmış şəxslər  dəfn edilib.
 

F. Rəhimbəyova 1958-ci ilin 5 avqust tarixində Bakıda anadan olub. “Bəxt üzüyü” filmində Seda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. 2017-ci ildə Əməkdar artist Tahir İmanovun dəvəti ilə Bakıya gələrək “Bəxt üzüyü - 2” filmində yenidən Seda roluna çəkilib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər