“İrəvan və Xankəndi arasında ilk təyyarə reysi bu yaz həyata keçiriləcək”. Modern.az Le Monde qəzetinə istinadən xəbər verir ki, bu barədə qondarma rejimin “baş naziri” Ara Arutunyan Parisdə fransız jurnalistlərlə görüş zamanı bəyan edib.
O qeyd edib ki, Xocalı hava limanının tikintisi başa çatıb.
“Aeroportun tikintisi başa çatıb. Amma reyslərin tarixi hələ müəyyənləşməyib. Bundan başqa həllini tələl edən texniki məsələlər də var. Xocalı aeroportu ilə bağlı məsələni siyasi deyil, humanitar nöqeteyi-nəzərdən həll etmək lazmdır”.
Azərbaycanın bununla bağlı bağlı kəskin mövqeyini şərh edən Arutunyan bildirib ki, Bakı Xocalıdan qalxan təyyarəni vurarsa bu ciddi fəsadlar yaradacaq.
“Əgər Azərbaycan atəş açsa, o zaman yeni müharibə başlayacaq”-deyə Arutunyan bildirib.
Anar RÜSTƏMOV